Süleyman Soylu: "Türkiyə güclü ölkədir, bütün sınaqların öhdəsindən gəldik"

Süleyman Soylu: "Türkiyə güclü ölkədir, bütün sınaqların öhdəsindən gəldik" "Türkiyə güclü ölkədir. Biz sellə, zəlzələ ilə, meşə yanğınları ilə qarşılaşdıq. Amma bütün sınaqların öhdəsindən gəldik".
Region
2 May , 2023 12:38
Süleyman Soylu: Türkiyə güclü ölkədir, bütün sınaqların öhdəsindən gəldik

"Türkiyə kifayət qədər güclü ölkədir. Biz sel və zəlzələ kimi ağır təbii fəlakətlərlə, eləcə də meşə yanğınları ilə mübarizə aparmışıq və bütün sınaqların da öhdəsindən layiqincə gəlmişik".

"Report" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, Türkiyədən fərqli olaraq ABŞ və Avropa ölkələri koronavirus pandemiyası dövründə yaşlı nəsilə qarşı laqeyd yanaşıb: "Çünki düşünürdülər ki, onları xəstəxanaya yerləşdirmək əlavə xərc tələb edəcək. Biz isə bunun əksinə olaraq, yeni xəstəxanalar inşa etdik".

Fevralın 6-da baş vermiş zəlzələnin dünyanın ən ciddi təbii fəlakələtlərindən biri olduğu söyləyən S.Soylu xatırladıb ki, Türkiyə mübarizə apararaq bütün çətinliklərin öhdəsindən gələ bilib.

Son xəbərlər

Orphus sistemi