Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinin yaxınlığını atəşə tutması nəticəsində azı səkkiz nəfər yaralanıb, dörd nəfər isə ölüb.
Region
19 May , 2024 16:31
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Çerkaska Lozova kəndini atəşə tutması nəticəsində ölənlərin sayı beşə çatıb.

“Report” xəbər verir ki, bu barədə Xarkov vilayətinin polisi məlumat yayıb.

Bildirilib ki, ölən beş nəfərdən biri yeddiaylıq hamilə qadındır. Qeyd olunub ki, hadisə Çerkaska Lozova kəndindəki istirahət mərkəzində olub. Məlumata görə, Rusiya Silahlı Qüvvələri ərazini “İskander” raketi ilə atəşə tutublar.

Eyni zamanda, olayda biri 8 yaşlı uşaq olmaqla 16 nəfərin yaralandığı diqqətə çatdırılıb. Yaralılardan səkkizi ağır vəziyyətdədir.

13:41

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinin yaxınlığını atəşə tutması nəticəsində azı səkkiz nəfər yaralanıb, dörd nəfər isə ölüb.

Report” xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının başçısı Oleh Sinehubov teleqramda bildirib.

Onun sözlərinə görə, yaralanan səkkiz nəfərdən biri təcili yardımın feldşeridir.

Dörd nəfərin öldüyünü bildirən region rəhbəri “işğalçıların dinc sakinlərin istirahət etdiyi yerə zərbə endirdiyini” vurğulayıb.

Son xəbərlər

Orphus sistemi