Son bir həftədə Türkiyədə 807 yeraltı təkan qeydə alınıb

Region
  • 13 fevral, 2017
  • 09:11
Son bir həftədə Türkiyədə 807 yeraltı təkan qeydə alınıb

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin Çanaqqala bölgəsində ötən bir həftə ərzində 807 yeraltı təkan olub.

“Report” İHA-ya istinadən xəbər verir ki, bölgədə fevralın 6-dan fevralın 12-dək müxtəlif bal gücündə zəlzələ olub.

Məlumata görə, 423 dəfə 2 , 298 dəfə 3, 70 dəfə 4, 11 dəfə 5, 5 dəfə isə 6 bal gücündə yeraltı təkan baş verib.

Xəbərdə bildirilib ki, hadisə nəticəsində evlər, məscid uçub, 8 nəfər yaralanıb, 1 iribuynuzlu qaramal, 18 xırdabuynuzlu heyvan tələf olub.

Məlumata görə, Türkiyənin Fövqəladə Hallar Nazirliyi və Qızılay Cəmiyyəti təbii fəlakət bölgəsində zərərçəkənlərin sığınması üçün 478 çadır quraşdırıb. 

44 filmi