“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Gürcüstanda yanacağın qiymətinin dəyişməsinə aydınlıq gətirib

“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Gürcüstanda yanacağın qiymətinin dəyişməsinə aydınlıq gətirib Son günlər bu ölkədə avtomobil yanacağının qiymətlərinin azalması müşahidə olunur
Region
24 İyun , 2017 00:50
“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Gürcüstanda yanacağın qiymətinin dəyişməsinə aydınlıq gətirib
"Report"

Tbilisi. 24 iyun. REPORT.AZ/ Son günlər Gürcüstanda avtomobil yanacağının qiymətlərinin azalması müşahidə olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 5-7, bəzilərində isə 10 tetri ucuzlaşıb (1 tetri 0,25 sent).

Bəzi ekspertlər qiymətlərin aşağı düşməsini dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqələndirirlər.

SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov da “Report”un Gürcüstan bürosuna müsahibəsində faktı təsdiqləyib və bunun dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqəli olduğunu bildirib.

“Dünya bazarında, son iki ildə neftin bir barelinin qiyməti 45-55 ABŞ dolları arasında dəyişir. Buna görə də istehlak qiymətlərində də dəyişmə baş verir. Lakin qiymət dəyişikliyi elə də böyük olmur. Gürcüstanda da avtomobil yanacağının qiymətləri müvafiq olaraq 5-10 tetri aşağı düşür və ya qalxır. Çünki ilin əvvəlində Gürcüstan dövlətinin aksiz vergisini qaldırması nəticəsində yanacağın qiymətləri də təqribən 5-10 tetri qiymətində artıb. Ona görə də, bugünkü qiymətlərin azalması ciddi narahatlıq doğurmur”. – deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi