Səudiyyə Ərəbistanı bir gündə Yəmənə 50-dək hava zərbəsi endirib

Səudiyyə Ərəbistanı bir gündə Yəmənə 50-dək hava zərbəsi endirib .
Region
104
26 Yanvar , 2022 14:02
Səudiyyə Ərəbistanı bir gündə Yəmənə 50-dək hava zərbəsi endirib

Son 24 saat ərzində Səudiyyə Ərəbistanının Hava Qüvvələri qonşu Yəmənin müxtəlif bölgələrinə 50-dək zərbə endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu əməliyyatlar nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Yəməndə beynəlxalq birlik tərəfindən tanınan hökuməti devirib ölkənin əksər ərazilərində nəzarəti ələ keçirən “Ənsər Allah” (Husi) hərəkatı ilə Səudiyyə Ərəbistanının başçılıq etdiyi 9 ölkə koalisiyası arasında müharibə 2015-ci ildən davam edir. Husi hərəkatının yanvarın 3-də Hudəydəh limanı yaxınlığında Birləşmiş Ərəb Əmirlikləri bayrağı ilə gedən yük gəmisini ələ keçirməsindən, bu ayın 17-də isə Əbu-Dabiyə ballistik raketlər və dronlarla zərbə endirdikdən sonra koalisiyanın Hava Qüvvələri Yəməndəki husilərin hərbi baza və obyektlərinə hücumlarını daha da artırıb.

Son xəbərlər

Orphus sistemi