Selçuk Bayraktar: “Azərbaycanda helikopter qəzası ürəyimizi parçaladı”
Region
- 30 noyabr, 2021
- 20:28
“Bu gün (dünən-red) Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı. Can Azərbaycanın dərdini ürəkdən paylaşırıq”.
“Report” xəbər verir ki, bunları Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar özünün tviter səhifəsində yazıb.
“Şəhid olan qəhrəman hərbçilərimizin ruhu şad, məkanı cənnət olsun. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram.
Türk millətinin başı sağ olsun”, - Selçuk Bayraktar sosial şəbəkə hesabında qeyd edib.
Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər həlak olub. Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
Son xəbərlər
13:47
Bərdədə silah alveri ilə məşğul olan şəxslər saxlanılıb
Hadisə13:42
NHL-in kanadalı rekordçusu vəfat edib
Komanda13:27
Suriya ordusu "SDQ"yə qarşı hərbi əməliyyata başlayıb
Digər ölkələr13:08
Tramp Venesuela müxalifətinin liderinə dəstək vermədiyinin səbəbini şərh etməyib
Digər ölkələr13:06
Ötən il 106 mühafizə orderi verilib
Sosial müdafiə13:05
Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Maliyyə13:05
Ötən il Azərbaycanda 83 kişi zorakılığa məruz qalıb
Sosial müdafiə13:04
"Sabah" serbiyalı legioneri ilə yolları ayırıb
Futbol13:00