Salome Zurabişvili: “Səfərbərlikdən sonra Gürcüstanda 100 mindən çox Rusiya vətəndaşı məskunlaşıb”

Region
  • 13 noyabr, 2022
  • 01:18
Salome Zurabişvili: “Səfərbərlikdən sonra Gürcüstanda 100 mindən çox Rusiya vətəndaşı məskunlaşıb”
Salome Zurabişvili

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Gürcüstanda 100 mindən çox Rusiya vətəndaşı məskunlaşıb.

“Report”xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “France Inter” radiosuna açıqlamasında deyib.

O qeyd edib ki, 2022-ci il sentyabrın 21-dən indiyədək 700 min Rusiya vətəndaşı Gürcüstana daxil olub, onlardan 600 mini daha sonra Avropa ölkələrinə, Türkiyə və ya Ermənistana gedib.