Saakaşvili: “Oktyabrın 3-də Tbilisidə olacağam”

Saakaşvili: “Oktyabrın 3-də Tbilisidə olacağam” Eks-prezident Mixeil Saakaşvili feysbuk səhifəsində Gürcüstanda olduğunu təsdiq edən video paylaşıb.
Region
1 Oktyabr , 2021 11:55
Saakaşvili: “Oktyabrın 3-də Tbilisidə olacağam”
Mixeil Saakaşvili
0 : 00
0 : 00

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili oktyabrın 3-də tərəfdaşları ilə birgə Tbilisiyə yollanmaq niyyətindədir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşdığı növbəti videoda deyib.

M.Saakaşvili bildirib ki, Tbilisidə seçkilərin nəticələrini müdafiə edəcək: “Oktyabrın 3-də səhər bütün Gürcüstandan Tbilisiyə gedəcəyik. Mən avtomobil karvanının birinə qoşulacam. Xahişim budur - bu cür karvanlar çoxsaylı olsun ki, məni saxlaya bilməsinlər”.

10.21

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində ölkəsində olduğunu təsdiq edən video paylaşıb.

“Report”un yerli bürosu xəbər verir ki, videoda Batumi şəhəri əks olunub.

“Bu, mənim Batumimdir... Həyatımla risk edib buraya gəldim”, - o yazıb.

M.Saakaşvili hamını sabah keçiriləcək yerli seçkilərdə iştiraka, oktyabrın 3-də isə mitinqə çağırıb.

Son xəbərlər

Orphus sistemi