Rusiyanın Türkiyədəki səfiri silahlı hücum nəticəsində öldürülüb - FOTO - YENİLƏNİB - VİDEO

Rusiyanın Türkiyədəki səfiri silahlı hücum nəticəsində öldürülüb - FOTO - YENİLƏNİB - VİDEO Andrey Karlov xəstəxanada dünyasını dəyişib
Region
19 Dekabr , 2016 21:08
Rusiyanın Türkiyədəki səfiri silahlı hücum nəticəsində öldürülüb - FOTO - YENİLƏNİB - VİDEO

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov xəstəxanada dünyasını dəyişib. 

"Report" NTV-yə istinadən xəbər verir ki, səfir ağır vəziyyətdə Güvən Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Məlumatda daha 3 nəfərin yaralı olduğu da bildirilir. 

*** 20:30

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova silahlı hücum olub. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə paytaxt Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzində təşkil etdiyi rəsm sərgisinin açılışı mərasimində baş verib. 

Şahidlərinin sözlərinə görə, səfir "Səyahətçinin gözü ilə Kalininqraddan Kamçatkaya Rusiya" adlı sərginin açılışında çıxışına başlayan zaman naməlum şəxs "Günahsız insanları öldürdünüz, ya Allah, Bismillah, etdiklərinizə icazə verməyəcəyik. Mən buranı ölmədən tərk etməyəcəyəm, mənə yaxınlaşmayın" qışqıraraq cibindən çıxardığı silahdan bir neçə dəfə atəş açaraq onu yaralayıb. Bundan sonra havaya dəfələrlə atəş açıb və tədbir iştirakçılarının salondam çıxmasını tələb edib. 

Məlumatda A.Karlovun ağır vəziyyətdə Güvən Xəstəxanasına çatdırıldığı, ölən və yaralananların olduğu, polisin cinayətkarı zərərsizləşdirdiyi bildirilir. 

Türkiyə mətbuatında hadisəni törədən şəxsin fotosu yayılıb. 

Ölkənin daxili işlər naziri Süleyman Soylu hadisə yerindədir, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi