Rusiyanın İsveçdəki səfirliyinin qarşısına boya qutuları atılıb

Rusiyanın İsveçdəki səfirliyinin qarşısına boya qutuları atılıb Rusiyanın Stokholmdakı səfirliyinin vandalizm aktına məruz qalması ilə əlaqədar İsveç Xarici İşlər Nazirliyinə nota göndərilib.
Region
15 aprel 2025 14:16
Rusiyanın İsveçdəki səfirliyinin qarşısına boya qutuları atılıb

Rusiyanın Stokholmdakı səfirliyinin qarşısına boya qutularının atılması ilə əlaqədar İsveç Xarici İşlər Nazirliyinə (XİN) nota göndərilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb.

"Aprelin 15-də səhər saatlarında Rusiyanın Stokholmdakı səfirliyi növbəti dəfə vandalizm aktına məruz qalıb. Diplomatik missiyanın xidməti binasının mərkəzi girişi qarşısında asfalta, həmçinin onun ərazisindəki yaşayış kompleksinin qarşısına boya qabları atılıb. Səfirlik baş verənlər barədə dərhal İsveç polisini məlumatlandırıb", - məlumatda bildirilib.

Səfirlik həmçinin İsveç XİN-ə 1961-ci il tarixli Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Rusiya diplomatik nümayəndəliyinin toxunulmazlığı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada yerinə yetirməsi tələbi ilə nota göndərib.

Son xəbərlər

Orphus sistemi