Rusiyalı deputat: Qərb Ermənistanı tamamilə yoxsulluğa sürükləyəcək

Rusiyalı deputat: Qərb Ermənistanı tamamilə yoxsulluğa sürükləyəcək Fransa və digər NATO ölkələri Ermənistanı yoxsulluğa sürükləyəcək.
Region
23 Fevral , 2024 18:47
Rusiyalı deputat: Qərb Ermənistanı tamamilə yoxsulluğa sürükləyəcək

Fransa və digər NATO ölkələri Ermənistanı yoxsulluğa sürükləyəcək.

“Report” xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlev "News.ru"ya açıqlamasında deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırmaq qərarını cəsarətlilik görüntüsü kimi qiymətləndirib: “Görünür, Paşinyanın növbəti cəsarətlilik görüntüsü Ermənistanın KTMT-də iştirakını birdən dayandırmaq qərarına gələn bu faktla bağlıdır. Aydındır ki, o, uzun müddətdir diqqətini NATO ölkələrinə yönəldir, lakin nədənsə Moskva həmişə Bakı ilə İrəvan arasında münasibətləri tənzimləməli olub”.

Deputat bildirib ki, Paşinyan özünün açıq qərbmeyliliyi ilə Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib: “Fransalı müşavirlər ABŞ-nin İrəvandakı səfirliyinin minlərlə əməkdaşı ilə birlikdə Ermənistanı tamamilə yoxsulluğa sürükləyəcək”.

Qeyd edək ki, N.Paşinyan daha əvvəl Ermənistanın KTMT-də iştirakının dondurulduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi