Rusiyadan olan erməni hakim BMT Beynəlxalq Məhkəməsinin heyətinə təkrar seçilməyib

Rusiyadan olan erməni hakim BMT Beynəlxalq Məhkəməsinin heyətinə təkrar seçilməyib Rusiyadan olan erməni etnik qrupunun nümayəndəsi Kirill Gevorkyan BMT Beynəlxalq Məhkəməsinin heyətinə təkrar hakim seçilməyib.
Region
10 Noyabr , 2023 15:24
Rusiyadan olan erməni hakim BMT Beynəlxalq Məhkəməsinin heyətinə təkrar seçilməyib

Rusiyadan olan erməni etnik qrupunun nümayəndəsi Kirill Gevorkyan BMT Beynəlxalq Məhkəməsinin heyətinə təkrar hakim seçilməyib.

“Report” xəbər verir ki, bu barədə “Qolos Amerika” məlumat yayıb.

Bildirilib ki, 1946-cı ildən ilk dəfədir SSRİ-nin, yaxud indiki halda onun varisi Rusiyanın nümayəndəsi Beynəlxalq Məhkəmənin heyətinə daxil edilmir.

Məlumata görə, Kiril Gevorkyan 2015-2021-ci ildə məhkəmənin üzvü və vitse-prezident olub. Onu Şərqi Avropadan Rumıniyanın nümayəndəsi Boqdan Auresku əvəzləyəcək.

Onunla yanaşı, Beynəlxalq Məhkəmədə ABŞ-dən Sara Hall Klivlend, Meksikadan Xuan Manuel Qomes Robledo Verdusko və Cənubi Afrika Respublikasından Dire Tladi yeni hakim olaraq təmsil olunacaqlar.

Qeyd edək ki, BMT-nin Beynəlxalq Məhkəməsi 9 illiyə seçilən 15, hər il seçilən 5 hakimdən ibarətdir. Hakimlərin seçilmək üçün BMT Baş Assambleyasının (97 səs) və Təhlükəsizlik Şurasının (8 səs) mütləq səs çoxluğunu qazanmalıdırlar.

Son xəbərlər

Orphus sistemi