Rusiyada yoluxanların sayı 720 500-ü ötdü

Region
  • 11 iyul, 2020
  • 07:47
Rusiyada yoluxanların sayı 720 500-ü ötdü

Rusiyada son sutka ərzində koronavirusa 6 611 yeni yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 720 547 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 188 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 11 205 nəfərə yüksəlib.

Ümumilikdə 497 446 pasiyent koronavirusdan sağalıb.

44 - Tezliklə