Rusiyada yataqxanada yanğın zamanı 8 nəfər ölüb, xəsarət alanlar var

Rusiyada yataqxanada yanğın zamanı 8 nəfər ölüb, xəsarət alanlar var Rusiyanın paytaxtı Moskvanın cənubunda, Alma-Atı küçəsində yerləşən yataqxanada 100 kvadratmetr sahədə yanğın olub.
Region
29 İyul , 2022 02:13
Rusiyada yataqxanada yanğın zamanı 8 nəfər ölüb, xəsarət alanlar var

Rusiyanın paytaxtı Moskvanın cənubunda, Alma-Atı küçəsində yerləşən yataqxanada 100 kvadratmetr sahədə yanğın olub.

“Report” xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.

"Alma-Atı küçəsi, bina 7, 2-vi korpusun 2-ci mərtəbəsindəki yataqxanada yanğın baş verib. Alov 100 kv.m sahəni əhatə edib", - agentliyin həmsöhbəti bildirib.

Mənbə bildirib ki, yanğın otaqların icarəyə verildiyi birinci mərtəbədə başlayıb. Hazırda yanğının qarşısı alınıb.

"Hazırda 8 nəfərin öldüyü müəyyən edilib, daha 3 nəfər həkimlər tərəfindən müayinə olunur. Dağıntıların təmizlənməsi davam edir", - mənbə bildirib.

Son xəbərlər

Orphus sistemi