Rusiyada yaşayış binasında partlayış zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB

Rusiyada yaşayış binasında partlayış zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB Rusiyada yaşayış binasında partlayış baş verib
Region
30 Mart , 2021 02:18
Rusiyada yaşayış binasında partlayış zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB

Rusiya Federasiyasının Tatarıstan Respublikasında yaşayış binasında baş verən partlayış zamanı xəsarət alanların sayı artıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, Zelenodolsk rayonunun Lenin adına küçəsində yaşayış binasında qazsızmadan baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb, daha 1 nəfər ölüb.

“Dəqiqləşdirilmiş məlumata görə, 7 nəfər xəsarət alıb, 1 nəfər ölüb”, - deyə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 87 əməkdaşı və 32 texnikası cəlb edilib.

Faktla bağlı cinayət işi açılıb.

00:49

Rusiyada yaşayış binasında partlayış baş verib.

“Report”un TASS-a istinadən məlumatına görə, hadisə Tatarıstan Respublikasında qeydə alınıb.

Zelenodolsk rayonunun Lenin adına küçəsində yaşayış binasında qeydə alınan hadisəyə qaz sızması səbəb olub.

"Partlayış olub, indi bütün fövqəladə xidmətlərin əməkdaşları ordadır, həmçinin rayonun rəhbəri Mixail Afanasyev də ora gedib. Qərargah formalaşdırılacaq. Bütün insanlar təxliyyə edilib", - rayon rəhbərinin mətbuat xidmətindən agentliyə bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə on mərtəbəli binada olub. Hadisə zamanı bir kişi həlak olub.

Səhiyyə Nazirliyi partlayış zamanı 3 nəfərin xəsarət alması barədə məlumat yayıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Partlayış zamanı 7 mənzil dağılıb. Hadisə ilə bağlı binadan 99 nəfər təxliyə edilib.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi