Rusiyada vətəndaşlıq almaq üçün fiktiv nikaha daxil olan 2 azərbaycanlı aşkarlanıb

Region
  • 26 avqust, 2015
  • 17:10
Rusiyada vətəndaşlıq almaq üçün fiktiv nikaha daxil olan 2 azərbaycanlı aşkarlanıb

Bakı. 26 avqust. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində aparılan yoxlamalar zamanı vətəndaşlıq almaq üçün fiktiv nikaha daxil olan Azərbaycan vətəndaşları aşkarlanıb.

"Report" "Rosbalt" agentliyinə istinadən xəbər verir ki, Sankt-Peterburq şəhər prokurorluğu azı iki belə faktın üstünü açıb.

Rusiya vətəndaşlığını qısa müddətə almağa imkan verən nigah şəhadətnamələrinin etibarsız sayılması məqsədi ilə prokururluq məhkəməyə müraciət edib.

44 filmi