Son üç ildə Rusiyada uşaqların intiharı və intihara cəhd hallarının sayı 13 faizədək artıb.
“Report” "RBK"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belova 2021-ci üzrə hazırladığı hesabatda bildirib.
Hesabata əsasən, son üç ildə intihar və cəhd halları 3 253-dən 3 675-dək, başqa sözlə 13 faiz artıb. Bundan əlavə, təkrar intihar cəhdləri isə 188-dən 362-dək, başqa sözlə 92,5 faizədək yüksəlib.
Rusiyanın Uşaq Ombudsmanı ölkənin İstintaq Komitəsinin göstəricilərinə istinadən bildirib ki, 2020-ci illə müqayisədə 2021-ci ildə yetkinlik yaşına çatmayanların intihar halı 37,4 faiz artaraq 753-ə çatıb. Qeyd olunub ki, uşaqlar arasında intihar halları ilə bağlı 2018-ci ildə 788, 2019-cu ildə 737, 2020-ci ildə isə 548 hadisə qeydə alınıb.
2021-ci ildə uşaqların intiharı haqqında Rusiya Statistika İdarəsində heç bir məlumat yoxdur.