Vuçiç: "Tələbə siyahısı" hərəkatının məqsədi Serbiyanın ənənəvi dəyərlərini ləğv etməkdir
- 04 noyabr, 2026
- 01:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç "Tələbə siyahısı" hərəkatının əsas məqsədinin ölkənin ənənəvi dəyərlərini ləğv etmək olduğunu iddia edib.
"Report"un Balkan bürosu xəbər verir ki, sabiq dövlət başçısı bu barədə "TV Informer" telekanalına müsahibəsində "Aleksandar Vuçiç – Vahid Serbiya" seçki siyahısının nümayəndəsi kimi danışarkən deyib.
Onun sözlərinə görə, "Tələbə siyahısı"nın nümayəndələri Yuli təqviminin əvəzinə Qriqorian təqviminin qəbul edilməsini, həmçinin Serb Pravoslav Kilsəsinin yepiskoplarının dəyişdirilməsini istəyirlər.
O, qeyd edib ki, bu yanaşma Serbiyanın dini və milli ənənələrinin itirilməsinə səbəb ola bilər.
Vuçiç qarşıdakı dövrün ölkə üçün çətin olacağını, lakin özünün dövlətə və Serbiyaya olan sevgisinin onu heç nədən qorxmağa qoymadığını bildirib.
Sabiq prezident son 10 gündə ölkəyə vurulan zərərin əvvəlki altı ay davam edən etirazlar zamanı dəymiş zərərdən çox olduğunu iddia edib.