Rusiyada təyyarə sərt eniş edib, ölən var

Region
  • 20 may, 2018
  • 22:34
Rusiyada təyyarə sərt eniş edib, ölən var

Bakı. 21 may. REPORT.AZ/ Rusiyada təyyarə sərt eniş edib.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Leninqrad vilayətində baş verib.

"Su-29" idman təyyarəsinin Lomonosov rayonunun Lomax yaşayış məntəqəsində sərt eniş etməsi nəticəsində 1 nəfər ölüb. Faktla bağlı Nəqliyyat Prokurorluğu araşdırmaya başlayıb.

Ölən şəxsin heyət üzvü olduğu deyilir. Onun şəxsiyyəti açıqlanmır.