Rusiyada ötən gün 30 726 nəfərdə koronavirus aşkarlanıb

Region
  • 17 yanvar, 2022
  • 08:38
Rusiyada ötən gün 30 726 nəfərdə koronavirus aşkarlanıb

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 670 nəfər artaraq 321 990-a yüksəlib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 30 726 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 834 260 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 878 371 nəfər sağalıb.