Bakı. 25 fevral. REPORT.AZ/ Rusiyanın Komi Respublikasının Vorkuta bölgəsində "Sever" mədənində baş verən uçqun nəticəsində 90 nəfərədək işçi dağıntı altında qalıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli Föqəladə Hallar Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatları aparılır.
Son məlumata görə, onlardan 40 nəfəri dağıntılar altından çıxarılıb.
Xəsarət alanlar haqda məlumat verilməyib.