Rusiyada koronavirusa yoluxma sürəti azaldı

Rusiyada koronavirusa yoluxma sürəti azaldı Rusiyada ötən gündən etibarən koronavirusa yoluxma hallarının sayı 23,4 faiz azalıb.
Region
18 May , 2020 15:20
Rusiyada koronavirusa yoluxma sürəti azaldı

Rusiyada ötən gündən etibarən koronavirusa yoluxma hallarının sayı 23,4 faiz azalıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya hökuməti sədrinin sosial siyasət üzrə müavini Tatyana Qolitsına bildirib.

Ölkə üzrə koronavirusun yayılma əmsalının 0,9 olduğunu diqqətə çatdıran hökumət rəsmisi bu göstəricinin 1-dən aşağı olmasını məhdudiyyətlərin tədricən ləğv edilməsi üçün əsas olaraq dəyərləndirib.

Xatırladaq ki, koronavirusa yoluxanların 290 mindən artıq olduğu Rusiya bu baxımdan dünyada ikinci yerdədir.

Son xəbərlər

Orphus sistemi