Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanılıb
Region
- 13 mart, 2018
- 20:31
Bakı. 14 mart. REPORT.AZ/ Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu ölkədən İŞİD tərəfdarlarının Suriyaya və İraqa göndərilməsinin qarşısını alıb.
"Report" xəbər verir ki, bu barədə TASS Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Daxili İşlər Nazirliyi ilə birlikdə keçirilən əməliyyat nəticəsində Moskva şəhəri və Moskva vilayəti ərazisində etnik cinayətkar qrupun qeyri-qanuni fəaliyyətinə son qoyulub. Qrup döyüşlərdə iştirak üçün Suriyaya və İraqa İŞİD tərəfdarlarının qeyri-leqal göndərilməsini təmin edirmiş.
On yeddi ünvanda aparılmış xüsusi əməliyyat zamanı ümumilikdə 60 əcnəbi saxlanılıb. Bununla yanaşı, gizli laboratoriya aşkar edilib.
Operativ axtarış və istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
16:50
Kallas: ABŞ və İran arasında atəşkəs kövrəkdir, Hörmüzün açılması prioritetdir
Digər ölkələr16:49
Anar İsrafilov vətəndaşları qəbul edib
Sağlamlıq16:48
Aqrar Sığorta Fondunun idarəedici təşkilatının aktivləri 31 %-dən çox azalıb
Maliyyə16:45
Foto
Azərbaycan ABŞ şirkəti ilə süni intellekt infrastrukturu yaratmağı müzakirə edib
İqtisadiyyat16:41
Bakının bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq
İnfrastruktur16:41
Qadın hərbçilər üçün MAXE müddəti 3 ildən 6 ayadək azaldılıb
Daxili siyasət16:41
İran Hörmüz boğazında sutkada 15 gəmi limiti tətbiq edəcək
Region16:40
Foto
Cüdo üzrə Azərbaycan yığmasının media üçün açıq məşqi təşkil olunub
Fərdi16:40