Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb

Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən Ryazan vilayətində sərt eniş edib.
Region
24 İyun , 2022 08:23
Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb

Rusiyada təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

“Report”un məlumatına görə, ölənlərin sayı dörd nəfərə çatıb.

Rusiyanın Ryazan vilayətində “İl-76” tipli təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində 10 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

07:28

Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən Ryazan vilayətində sərt eniş edib.

Bu barədə “Report” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, təyyarən yerlə təmas zamanı qismən məhv edilib. Xəsarət alan ekipaj üzvləri xəstəxanalara çatdırılıb.

“İnterfax” isə mənbələrinə istinadən xəbər verir ki, hərbi təyyarənin qəzaya uğraması zamanı üç nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi