Rusiyada cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb

Rusiyada cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb Şimali Osetiyanın paytaxtı Vladikavkaz şəhərində yerləşən cəzaçəkmə müəssisəsində qiyam qalxıb.
Region
15 Oktyabr , 2021 23:21
Rusiyada cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb
0 : 00
0 : 00

Şimali Osetiyanın paytaxtı Vladikavkaz şəhərində yerləşən cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri 600 məhbusun olduğu 1 saylı koloniyada baş verən iğtişaşları yatırıb.

Şimali Osetiya ombudsmanı Tamerlan Tsqoyevin deyib ki, vəziyyət nəzarət altındadır, koloniya mühasirəyə alınıb.

Qeyd edək ki, hadisə Vladikavkazın Karabulakskaya küçəsi, 1 ünvanında yerləşən islah-əmək müəssisəsində baş verib.

Zərərçəkənlər haqqında məlumat dəqiqləşdirilir.

22:42

Şimali Osetiyanın paytaxtı Vladikavkaz şəhərində yerləşən cəzaçəkmə müəssisəsində qiyam qalxıb.

“Report” xəbər verir ki, bu barədə “TASS”a bölgənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Qeyd olunu ki, həbsxanada 200 məhbus qiyam qaldırıb.

Son xəbərlər

Orphus sistemi