Rusiyada banka basqın edən şəxs həbs olunub - YENİLƏNİB

Rusiyada banka basqın edən şəxs həbs olunub - YENİLƏNİB Rusiya “Sberbank”ının Tümendəki bölməsini naməlum şəxslər ələ keçirərək 3 nəfəri girov götürüblər.
Region
181
7 İyul , 2021 11:10
Rusiyada banka basqın edən şəxs həbs olunub - YENİLƏNİB
0 : 00
0 : 00

“Sberbank”ın Tümendəki bölməsinə basqın edən şəxs saxlanılıb, girovlar isə azad olunub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bankdan bildiriblər.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Banka basqın edən şəxsin psixiatrik xəstəxanada qeydiyyatda olduğu bildirilib.

10:34

Rusiyanın Tümen şəhərində naməlum şəxslər “Sberbank”ın yerli bölməsinə basqın edib.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Basqınçılar 3 nəfəri girov götürüb.

İlkin məlumata görə, “Sberbank”ın Tümendəki bölməsi beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Birinci mərtəbə ələ keçirilib. Girov götürülənlər bankın əməkdaşlarıdır.

Son xəbərlər

Orphus sistemi