"Rusiyanın iştirakı olmadan “Taxıl sazişi” ola bilməz”.
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın iştirakı olmadan "Taxıl sazişi"nin mümkünlüyü barədə Türkiyə KİV-lərində yayılan məlumatları cavablandırarkən deyib.
“Əgər söhbət Rusiyanın iştirak etdiyi sazişdən gedirsə, o zaman Rusiya Federasiyası olmadan işləyə bilməz. Bu, fiziki cəhətdən mümkün deyil. Söhbət Rusiyanın iştirak etmədiyi digər müqavilələrdən gedirsə, o zaman bu belə də yazılmalıdır”, - M.Zaxarova vurğulayıb.
O, həmçinin qeyd edib ki, “Taxıl sazişi” Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan arasında Moskvada keçiriləcək danışıqlarda müzakirə mövzularından biri olacaq.