Rusiya XİN rəsmisi Ermənistanın mümkün NATO üzvlüyü barədə: “Böyük fantaziyalardır”

Rusiya XİN rəsmisi Ermənistanın mümkün NATO üzvlüyü barədə: “Böyük fantaziyalardır” Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun genişlənməsi üzrə Avropa komitəsinin sədri Günter Felingerin Ermənistanı Alyansa qoşulmasına çağırış edən bəyanatına cavab verərək bunu “böyük fantaziya” adlandırıb.
Region
6 Sentyabr , 2023 22:32
Rusiya XİN rəsmisi Ermənistanın mümkün NATO üzvlüyü barədə: “Böyük fantaziyalardır”

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun genişlənməsi üzrə Avropa komitəsinin sədri Günter Felingerin Ermənistanı alyansa qoşulmasına çağırış edən bəyanatına cavab verərək bunu “böyük fantaziya” adlandırıb.

“Report” xəbər verir ki, bu barədə diplomat TASS-a danışıb.

“Bu, böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz bu reallığa əsaslanırıq”, - o qeyd edib.

Qruşko vurğulayıb ki, Moskva və İrəvan “hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər”:

“Bu bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində bir-birimizə güvənirik. Əminəm ki, bu konstanta bizim ikitərəfli münasibətlərimizdə gələcək illərboyu müəyyənedici olacaq”.

Xatırladaq ki, sentyabrın 4-də Günter Felinger eksdə Ermənistanın NATO-ya qoşulmalı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi