Rusiya Suriya ilə bağlı Astanada keçirilməsi planlaşdırılan görüşdə mütəxəssis səviyyəsində təmsil olunacaq

Rusiya Suriya ilə bağlı Astanada keçirilməsi planlaşdırılan görüşdə mütəxəssis səviyyəsində təmsil olunacaq Dmitri Peskov: “Bu görüşə hazırlıq intensiv şəkildə davam edir”
Region
10 Yanvar , 2017 15:24
Rusiya Suriya ilə bağlı Astanada keçirilməsi planlaşdırılan görüşdə mütəxəssis səviyyəsində təmsil olunacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiya Suriya ilə bağlı Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan görüşdə mütəxəssis səviyyəsində təmsil olunacaq.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu görüşə hazırlıq intensiv şəkildə davam edir.

Qeyd edək ki, Suriyada nizamlanma üzrə Astana görüşü yanvarın 23-də keçiriləcək. Bir müddət əvvəl bu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirak edəcəyi haqqında xəbər yayılıb.

Son xəbərlər

Orphus sistemi