Bakı. 21 aprel. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkə ərazisində xarici dövlətlərin xüsusi xidmət orqanlarının 80 agentinin fəaliyyətini aşkarlayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin FTX zabitləri və yüksək vəzifəli əməkdaşları ilə görüşdə bildirib.
"FTX-nin sistemli fəaliyyəti nəticəsində terror təhlükəsini azaltmaq mümkün olub. Əks-kəşfiyyatın xətti ilə xarici xüsusi xidmət orqanları heyətinin 80 əməkdaşının fəaliyyəti aşkarlanıb, 350-dən çox casus və qanunsuz işlə məşğul olmaqda şübhəli bilinən şəxs müəyyənləşdirilib", - deyə Vladimir Putin vurğulayıb.