Rusiya daha bir amerikalını azad edib
Region
- 17 fevral, 2025
- 01:31
Rusiya ölkədə “narkotik qaçaqmalçılığı”na görə saxlanılan daha bir ABŞ vətəndaşı Kalob Bayersi azad edib.
“Report” “RBC”yə istinadən xəbər verir ki, bu barədə onun valideynləri feysbukda məlumat veriblər.
Qeyd olunub ki, həmin şəxsin hazırda ABŞ-ın Moskvadakı səfirliyinin ərazisindədir və evə uçmasını gözləyir.
Qeyd edək ki, 28 yaşlı Kalob Bayers fevralın 7-də Moskvanın Vnukovo hava limanında nişanlısı rusiyalı Naida Mambetova ilə birlikdə saxlanılıb. ABŞ vətəndaşının baqajından tərkibində marixuana olan konfet aşkar edilib. Bayersin valideynləri bildiriblər ki, tərkibində C vitamini, melatonin və kannabidiol olan çeynənən konfetlər epileptik tutmalar zamanı qıcolmaları müalicə etmək üçün həkim tərəfindən təyin edilib.
Son xəbərlər
01:20
Volodimir Zelenski Pasxa bayramı ərəfəsində atəşkəs elan edib
Digər ölkələr01:13
Avropa Liqasının 1/4 final mərhələsinin daha üç oyunu keçirilib
Futbol01:10
UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçları baş tutub
Futbol00:52
Melaniya Tramp: Epşteynlə heç bir əlaqəm olmayıb
Digər ölkələr00:32
Küveytin hərbi qüvvələri dron hücumlarını dəf edib
Digər ölkələr00:26
İsrailin aprelin 8-də Livanda zərbələri nəticəsində ölənlərin sayı 300-ü keçib
Digər ölkələr00:03
Eyal Zamir İsrailin Livanda hərbi əməliyyatları davam etdirmək planlarını təsdiqləyib
Digər ölkələr23:53
Litva ABŞ Ordusu kontingentinin artırılmasını mümkün hesab edir
Digər ölkələr23:50