Rusiya Azərbaycandan tərəvəz və meyvə idxalını artırıb

Rusiya Azərbaycandan tərəvəz və meyvə idxalını artırıb Rusiya Azərbaycandan tərəvəz və meyvə idxalını artırıb.
Region
24 Avqust , 2022 08:57
Rusiya Azərbaycandan tərəvəz və meyvə idxalını artırıb

Rusiya Azərbaycandan tərəvəz və meyvə idxalını artırıb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Rusiyanın kənd təsərrüfatı məhsulları üzrə ən böyük pərakəndə satış şəbəkəsi “X5 Group” Azərbaycan, həmçinin İran, Özbəkistan, Qazaxıstan, Çin, Türkmənistandan birbaşa tərəvəz və meyvə idxalının payının artdığını bildirib.

Məlumata görə, ən çox İrandan birbaşa tərəvəz və meyvə idxalı artıb. İslam Respublikasından alış Türkiyə, Azərbaycan və Ermənistan vasitəsilə həyata keçirilir.

Rusiyanın əsas qablaşdırılmış qarışıq salatlar istehsalçılarından olan “Belaya Daça”nın yeni tədarükçü axtarışında olduğu açıqlanıb. Yerli mətbuat daha əvvəl İtaliya və Serbiyadan məhsul idxal edən şirkətin sanksiyalar və logistika zəncirlərindəki fasilələrə görə üzünü İrana çevirdiyini yazır.

Qeyd edilir ki, şirkət İranda işləmək üçün kommersiya nümayəndəsi tapmaq məqsədilə “HeadHunter”də elan yerləşdirib.

İstixanalar Assosiasiyasının prezidenti Aleksey Sitnikov İranın təbii və iqlim şəraitinin yaşıl bitkilərin yetişdirilməsi üçün çox əlverişli olduğunu xatırladıb və bu ölkənin artıq Rusiyaya qarpız və badımcanın əsas tədarükçüsü olduğunu xatırladıb. Bununla belə, Sitnikov bu fikirdədir ki, İranın kənd təsərrüfatı məhsulları keyfiyyət baxımından İtaliya ilə rəqabət apara bilməz.

Son xəbərlər

Orphus sistemi