Rostov-Donda partlayış olub, bir nəfər xəsarət alıb

Rostov-Donda partlayış olub, bir nəfər xəsarət alıb Hadisə məktəb yaxınlığında baş verib
Region
6 Aprel , 2017 10:15
Rostov-Donda partlayış olub, bir nəfər xəsarət alıb

Bakı. 6 aprel. REPORT.AZ/ Rusiyanın Rostov-Don şəhərinin mərkəzində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu yerli hüquq-mühafizə orqanlarından bildiriblər. 

“Hadisə səhər saat 07-də (Moskva vaxtı ilə - “Report”) Sosialist küçəsində olub. İlkin məlumata görə, partlayış nəticəsində bir kişinin əl barmağı qopub. Hadisə məktəb yaxınlığında baş verib”,- deyə informasiyada vurğulanıb.

"RİA Novosti"nin məlumatına görə, xəsarət alan şəxs yerdən naməlum əşyanı götürərək onu silkələyib. Bu zaman  partlayış olub. Partlayış nəticəsində onun barmağı qopub, qarın boşluğundan yaralanıb. Hadisə baş verən ərazidə yerləşən məktəb bağlanıb, şagirdlər binaya buraxılmır.

Məlumata görə, partlayış olan yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi