Respublikaçılar Partiyası Ermənistanın yeni hökumətinə daxil olmayacaq

Region
  • 08 may, 2018
  • 10:21
Respublikaçılar Partiyası Ermənistanın yeni hökumətinə daxil olmayacaq

Bakı. 8 may. REPORT.AZ/ Ölkə parlamentində mandat çoxluğuna sahib olan Ermənistanın Respublikaçılar Partiyası özünü müxalifət elan edib və yeni baş nazir Nikol Paşinyan tərəfindən formalaşacaq hökumətə daxil olmaq niyyətində deyil.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov bildirib.