Qvardiya başçısı: “Qərb Rusiyada baş verən silahlı qiyamdan əvvəlcədən məlumatlı idi”
- 27 iyun, 2023
- 10:46
“Qərb Rusiyada baş verən silahlı qiyamdan əvvəlcədən məlumatlı idi”.
“Report” xəbər verir ki, bunu Rusiya qvardiyasının başçısı Viktor Zolotov ölkə başçısı Vladimir Putinlə görüş zamanı deyib.
O, güc strukturlarının hərbi qiyamın qarşısının alınması istiqamətindəki səylərini yüksək qiymətləndirib.
V. Zolotov söyləyib ki, qiyam zamanı müntəzəm olaraq V. Putinlə əlaqə saxlayırdı.
Xatırladaq ki, bir neçə gün əvvəl “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin günü “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verilildiyini elan edib.