Rusiyada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub - FOTO - VİDEO

Rusiyada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub - FOTO - VİDEO Moskva. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Region
20 Yanvar , 2019 16:38
Rusiyada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub - FOTO - VİDEO
Foto: "Report"

Moskva. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

"Report" xəbər verir ki, bu ölkədə yaşayan həmyerlilərimiz, Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, Rusiyada akreditə olunmuş diplomatik korpusun rəhbərləri və təmsilşiləri, Rusiya ictimaiyyətini nümayəndələri, siyasi xadimləri Azərbaycan xalqının azadlığı uğrunda canlarından keçənləri ehtiramla yad ediblər.

Anım mərasimində, qonaqların diqqətinə 20 Yanvar faciəsindən bəhs edən fotogüşə çatdırılıb.

Çıxışlardan öncə qonaqlara yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qətliam haqqında ətraflı məlumat verilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu bildirib ki, müasir Rusiya dövlətinin 20 Yanvar hadisəsinə hec bir aidiyyatı yoxdur: "Bəziləri isə sovet dövründə baş verən hadisələrə başqa don geyindirmək istəyirlər".

Səfir qeyd edib ki, nə Azərbaycan xalqı, nə dövləti, nə də Azərbaycan prezidenti müasir Rusiyanı sovet dövrü ilə bərabər tutmur.

Səfir deyib: “Qeyd etmək istərdim ki, 21 yanvarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz ailəsi ilə, məhz, bu binaya (indiki Azərbaycan səfirliyinin yerləşdiyi bina -red) gəlib. SSRİ-nin mövcud olmasına baxmayaraq, Heydər Əliyev o dövrkü sovet rəhbərliyinin cinayətkar hərəkətlərini ifşa edib, 20 Yanvar hadisələriniə ilk olaraq hüquqi qiymət verib".

Səfir çıxışının sonunda Azərbaycan xalqının şəhidlərini hec bir zaman unudmayacağını nəzərə çatdıraraq, Azərbaycanın 20 Yanvar faciəsindən sonra geri dönüşü olmayan müstəqilliyə qədəm qoyduğunu vurğulayıb.

Rusiya Dövlət Dumasının deputatı Dmitriy Savelyev isə çıxışında Azərbaycan xalqının başına gətirilən müsibətlərdə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbacovun məhkəmə qarşısına çıxarılması vacibliyini qeyd edərək nəzərə çatdırıb ki, faciələrin bir də təkrarlanmaması üçün təqsirkarlar cavab verməlidir.

Siyasi ekspert Qriqoriy Trafimçuk bildirib ki, 20 Yanvar hadisəsinin baş verməsi keçmiş sovet rəhbərliyinin səhlənkarlığı və cinayətkar məhsuliyyətsizliyi üzündən olub.

İqbal Rüstəmov 

Son xəbərlər

Orphus sistemi