Qırğızıstanın XİN başçısı TDT-nin Baş katibi ilə Təşkilatın cari fəaliyyətini müzakirə edib

Qırğızıstanın XİN başçısı TDT-nin Baş katibi ilə Təşkilatın cari fəaliyyətini müzakirə edib Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev 3-cü Antalya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev arasında görüş keçirilib.
Region
2 Mart , 2024 03:40
Qırğızıstanın XİN başçısı TDT-nin Baş katibi ilə Təşkilatın cari fəaliyyətini müzakirə edib

Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev 3-cü Antalya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev arasında görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Bişkəkin TDT çərçivəsində qarşılıqlı fəaliyyətinin ümumi məsələləri, TDT Katibliyinin cari fəaliyyəti, eləcə də Təşkilatın qarşıdakı planları müzakirə olunub.

Eyni zamanda, tərəflər bu il Qırğız Respublikasında planlaşdırılan tədbirlərə, o cümlədən TDT Dövlət Başçılarının növbəti 11-ci Zirvəsinin keçirilməsinə, eləcə də Bişkəkin əvvəlki sammitdə səslənmiş təşəbbüslərinin həyata keçirilməsinə diqqət yetiriblər.

Tərəflər Qırğızıstanın TDT çərçivəsində əməkdaşlığının aktual məsələlərinin təşviqi istiqamətində gələcək sıx fəaliyyətdə qarşılıqlı şəkildə maraqlı olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi