Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 650-ni ötdü

Region
  • 24 aprel, 2020
  • 05:27
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 650-ni ötdü

Qırğız Respublikasında daha 25 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 656-ya yüksəlib.

Qırğız Respublikasında indiyədək 8 nəfər COVID-19-un qurbanı olub. 322 nəfər isə virusdan sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 725 000-i ötüb. Bunların 749 516 nəfəri sağalıb, 191 063 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti