Qırğızıstanda dövlət çevrilişinə cəhddə onlarla şübhəli şəxs saxlanılıb

Qırğızıstanda dövlət çevrilişinə cəhddə onlarla şübhəli şəxs saxlanılıb Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları dövlət çevrilişinə cəhddə şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb.
Region
6 İyun , 2023 08:38
Qırğızıstanda dövlət çevrilişinə cəhddə onlarla şübhəli şəxs saxlanılıb

Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları dövlət çevrilişinə cəhddə şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.

“Kütləvi iğtişaşlar və hakimiyyətin sonradan zorakılıqla ələ keçirilməsi məqsədilə itaətsizlik aksiyaları təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb”, - məlumatda deyilir.

Kəşfiyyat xidmətlərinin məlumatına görə, bu iş üzrə ölkədə ümumilikdə “30-dan çox adam” saxlanılıb.

Son xəbərlər

Orphus sistemi