Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin inauqurasiyası mərasimi günündə Astanada qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var.
"Report" Qazaxıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Astanadakı gecə klublarından birində iş adamı 300-ə yaxın insanı qanunsuz yürüşə çağırıb.
Qeyd olunur ki, bu zaman ictimai asayiş kobud şəkildə pozulub, nəqliyyat və sosial infrastrukturun fəaliyyətinə maneələr yaradılıb.
Yürüş iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstəriblər. Polis hadisəni törədənləri saxlayıb.
Xatırladaq ki, bu gün Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib. Ölkədə noyabrın 20-də keçirilən sayca yeddinci prezident seçkilərinin nəticələrinə görə, Kasım-Jomart Tokayev 6 milyon 456 min 392 səs və ya ümumi səslərin 81,31 %-ni səs toplayıb.