Bakı. 27 aprel. REPORT.AZ/ Qazaxıstan
"Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.
Xəbərə görə, hazırkı prezident Nursultan Nazarbayev səsvermədə iştirak edən seçicilərin 97,7%-nin səsini toplayıb.
Seçicilərin 1,6 faizi Turqun Sızdıkova, 0,7 faizi isə Əbülqazi Kusainova səs verib.
Xatırladaq ki, aprelin 26-da ölkədə keçiriləcək növbədənkənar prezident seçkisində fəaliyyətdə olan prezident Nursultan Nazarbayev, Xalq Kommunist Partiyasının namizədi Turqun Sızdıkov və müstəqil namizəd Əbülqazi Kusainov mübarizə aparıblar.