Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edib - YENİLƏNİB
- 29 avqust, 2022
- 14:30
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edən 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının bəzi praktiki aspektlərinə toxunulub”, - məlumatda qeyd edilib.
14:23
Rusiya və Ermənistan arasında dostluq haqqında müqavilənin imzalanmasının 25 illiyi münasibətilə bu gün Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, telefon danışığı zamanı cari məsələlər müzakirə olunacaq.