Putin Türkiyəyə səfər etmiş rusiyalı turistlərin sayını açıqlayıb

Putin Türkiyəyə səfər etmiş rusiyalı turistlərin sayını açıqlayıb Pandemiya bütövlükdə dünyada turizm sahəsinə ciddi ziyan vurub.
Region
29 Sentyabr , 2021 16:13
Putin Türkiyəyə səfər etmiş rusiyalı turistlərin sayını açıqlayıb

Pandemiya bütövlükdə dünyada turizm sahəsinə ciddi ziyan vurub.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

“2019-cu ildə 6,8 milyon, 2020-ci ildə 1,5 mln, bu ilin 9 ayında isə 2,5 milyon rusiyalı turist Türkiyəyə səfər edib. Vəziyyət düzəlir”, - V.Putin qeyd edib.

Türkiyə Prezidenti pandemiya dövründə Rusiyadan ölkəsinə səfər edən turistlərə görə rusiyalı həmkarına təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi