Putin Rusiyanın “taxıl sazişi”nə qayıtmaq şərtini açıqlayıb

Putin Rusiyanın “taxıl sazişi”nə qayıtmaq şərtini açıqlayıb Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında “taxıl sazişi” ətrafında vəziyyəti müzakirə ediblər.
Region
1 Noyabr , 2022 21:37
Putin Rusiyanın “taxıl sazişi”nə qayıtmaq şərtini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında “taxıl sazişi” ətrafında vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Qara dəniz limanlarından taxıl ixracına dair Türkiyə tərəfinin iştirakı ilə əldə edilmiş razılaşmaların icrası ilə bağlı mövcud vəziyyətlə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Putin həmkarına Rusiyanın “taxıl sazişi”ndə iştirakını niyə dayandırdığı barədə məlumat verib.

İddia edilib ki, guya rəsmi Kiyev Ukrayna taxılının daşınması üçün yaradılmış dəniz humanitar dəhlizindən Sevastopolda Rusiyanın Qara dəniz donanmasının infrastrukturuna və gəmilərinə hücumlar həyata keçirmək üçün istifadə edib.

Rusiya Prezidenti həmsöhbətinə rəsmi Moskvanın bu təşəbbüsdə iştirakının bərpası şərtləri barədə məlumat verib.

“Bu hadisənin baş vermə şəraiti ilə bağlı ətraflı araşdırma aparmaq, həmçinin Kiyevdən İstanbul razılaşmalarına, xüsusən də humanitar dəhlizdən hərbi məqsədlər üçün istifadə edilməməsinə ciddi riayət olunmasına real təminat aldıqdan sonra zəruridir. Yalnız bundan sonra Qara dəniz təşəbbüsü çərçivəsində işlərin bərpası məsələsinə baxmaq mümkün olar”-deyə, məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi