Putin Lukaşenkonu prezidentliyinin 30 illiyi münasibətilə təbrik edib

Putin Lukaşenkonu prezidentliyinin 30 illiyi münasibətilə təbrik edib Rusiya Prezidenti Vladimir Putin Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonu prezidenti vəzifəsində olmasının 30 illiyi münasibətilə təbrik edib.
Region
20 İyul , 2024 11:04
Putin Lukaşenkonu prezidentliyinin 30 illiyi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonu dövlət başçısı vəzifəsində olmasının 30 illiyi münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Müasir dövlət institutlarının qurulması və sosial-iqtisadi sahədə mühüm uğurlara imza atılması ilə əlamətdar olan Belarusun bütün müasir tarixi sizin adınızla ayrılmaz şəkildə bağlıdır.

Belarus seçiciləri ardıcıl altı dəfə ən yüksək dövlət vəzifəsini sizə etibar ediblər və bu, həmvətənləriniz arasında böyük nüfuzunuzun olmasına dəlalət edir”, - Putinin təbrik məktubunda deyilib.

Rusiya lideri vurğulayıb ki, Belarus və Rusiya xalqlarının rifahı naminə konstruktiv, yoldaşlıq dialoqunu və sıx birgə işi davam etdirməkdən şad olacaq.

Son xəbərlər

Orphus sistemi