Putin Əfqanıstanla bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib

Putin Əfqanıstanla bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.
Region
138
27 Avqust , 2021 15:18
Putin Əfqanıstanla bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Toplantıda Rusiya Baş naziri Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, katibi Nikolay Patruşev və digər vəzifəli şəxslər iştirak edib.

“Biz Əfqanıstandakı hadisələrlə bağlı vəziyyəti müzakirə edirik. Həmçinin tərəfdaşlarımızla konsultasiyaya davam edirik və informasiya mübadiləsini təmin edirik”, - Putin qeyd edib.

Onun sözlərinə görə, diplomatik, hərbi və humanitar istiqamətlərdə məsələlər müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi