Polşada bəzi hərbi bölmələrin döyüş hazırlığı artırılıb

Polşada bəzi hərbi bölmələrin döyüş hazırlığı artırılıb Polşa hökumətinin Təhlükəsizlik və Müdafiə Komitəsinin iclası başa çatıb. Jurnalistlərə hadisənin təfərrüatlarını onun nəticələrinə əsasən deyəcəkləri vəd edilib, lakin Polşa hökumətinin spikeri Pyotr Müller vəziyyətə aydınlıq gətirməkdən imtina edib.
Region
16 Noyabr , 2022 01:40
Polşada bəzi hərbi bölmələrin döyüş hazırlığı artırılıb

Polşa hökumətinin Təhlükəsizlik və Müdafiə Komitəsinin iclası başa çatıb. Jurnalistlərə hadisənin təfərrüatlarını onun nəticələrinə əsasən deyəcəkləri vəd edilib, lakin Polşa hökumətinin spikeri Pyotr Müller vəziyyətə aydınlıq gətirməkdən imtina edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, kənddə həqiqətən də partlayış olduğunu təsdiqləyib.

“Polşanın bəzi döyüş bölmələrinin və dövlətimizin digər hərbiləşdirilmiş xidmətlərinin hazırlığının artırılması barədə qərar qəbul edilib. Eyni zamanda, biz NATO paktının 4-cü maddəsini tətbiq etmək üçün səbəblərin olub-olmadığını araşdırırıq”, - Müller bildirib.

Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa qeyd edib ki, 4-cü maddə Alyansın digər üzvləri ilə məsləhətləşmələrə aiddir. O vurğulayıb ki, xüsusi xidmət orqanları hələ də onların işə salınmasına ehtiyac olub-olmadığını araşdırırlar. O, həmçinin əlavə edib ki, Polşa tərəfi ABŞ rəhbərliyi ilə əlaqə saxlayır.

Polşa hakimiyyətinin nümayəndələri əlavə suallara cavab verməkdən imtina ediblər.

Son xəbərlər

Orphus sistemi