Podolyak Vatikanın Ukrayna böhranı üzrə vasitəçilik missiyasının şərtlərini açıqlayıb

Podolyak Vatikanın Ukrayna böhranı üzrə vasitəçilik missiyasının şərtlərini açıqlayıb Vatikan Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması, eləcə də ukraynalı hərbi əsirlərin, mülki məhbusların və uşaqların geri qaytarılması məsələsini təşviq edərsə, rəsmi Kiyev Roma Papasının sülh təşəbbüsünü dəstəkləyəcək.
Region
27 May , 2023 17:40
Podolyak Vatikanın Ukrayna böhranı üzrə vasitəçilik missiyasının şərtlərini açıqlayıb
Mixail Podolyak

Vatikan Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması, eləcə də ukraynalı hərbi əsirlərin, mülki məhbusların və uşaqların geri qaytarılması məsələsini təşviq edərsə, rəsmi Kiyev Roma Papasının sülh təşəbbüsünü dəstəkləyəcək.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, bu şərtlər hələ Vatikanın Ukrayna münaqişəsinin həlli üzrə missiyasına başlamazdan əvvəl rəsmi Kiyev tərəfindən irəli sürülüb.

“Müqəddəs Taxt-tacın məsələyə fərqli baxışı varsa, təəssüf ki, bu, yalnız böhranı daha da dərinləşdirəcək və Rusiyanı aqressiv hərəkətlərinə davam etməyə təhrik edəcək. İstənilən nizamlanma səyi Ukraynanın ərazi bütövlüyünə əsaslanmalıdır”, - M.Podolyak deyib.

Xatırladaq ki, bir həftə əvvəl Müqəddəs Taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni Vatikanda akkreditə olunmuş jurnalistlərə bildirmişdi ki, Roma Papası Fransisk kardinal Matteo Zuppiyə Ukraynadakı münaqişədə gərginliyin azaldılmasına töhfə verəcək missiyanı yerinə yetirməyi tapşırıb. Eyni zamanda, Vatikan rəsmisi qeyd edib ki, hazırda bu missiyanın müddəti və şərtləri hələ öyrənilir.

Son xəbərlər

Orphus sistemi