Peskov: Putinlə Paşinyanın görüşü planlaşdırılmayıb
Region
- 13 dekabr, 2024
- 10:58
Rusiya Prezidenti Vladimir Putinin qrafikində Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planlaşdırılmayıb.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, N.Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının 41-ci toplantısında iştirak etmək üçün Moskvaya gedib.
"Bu gün ayrıca görüş planlaşdırılmır", - D.Peskov mətbuat brifinqində bildirib.
O vurğulayıb ki, V.Putin Ermənistanın baş nazirini dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin görüşünə dəvət edib.
Qeyd edək ki, Putin və Paşinyan son dəfə oktyabrın 8-də Kremldə görüşüblər. O zaman Moskvada MDB sammiti keçirilirdi.
Son xəbərlər
10:04
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Hadisə09:54
Foto
Video
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB
Biznes09:54
Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
Daxili siyasət09:52
Foto
İrandan Rusiyaya 52 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
Biznes09:51
İlham Əliyev: "Hazırda Azərbaycanda fəaliyyət göstərən enerji şirkətlərində çalışan işçilərin 5 %-i xarici vətəndaşlardır"
Energetika09:47
Prezident: "Azərbaycan və Qazaxıstan 2026-cı ilin sonunadək Transxəzər fiber-optik kabel xəttini işə salacaq"
İnfrastruktur09:35
Prezident: "Azərbaycan 2030-cu ilədək yük tranzitinin həcmini 25 milyon tonadək artıracaq"
İnfrastruktur09:26
Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir
ASK09:25