Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib

Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib Rusiya Prezidenti Vladimir Putin və Slovakiyanın Baş naziri Robert Fitso ötən gün baş tutmuş danışıqlar zamanı Ukrayna ərazisindən tranzit dayandırıldıqdan sonra Rusiya qazının Slovakiyaya tədarükü mümkünlüyü də daxil olmaqla qazla bağlı məsələləri ətrafl
Region
23 Dekabr , 2024 14:08
Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə RF qazının Slovakiyaya tədarükü mümkünlüyü də daxil olmaqla qazla bağlı məsələləri ətraflı şəkildə müzakirə edib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, ötən gün baş tutmuş danışıqlar zamanı Ukrayna ərazisindən tranzitin dayandırılması diqqət mərkəzində olub.

"Siz Ukrayna tərəfinin bəyanatlarını eşitmisiniz və Rusiya qazını almağa davam edən və bunu öz iqtisadiyyatlarının normal işləməsi üçün zəruri hesab edən Avropa ölkələrinin mövqeyini bilirsiniz", - o bildirib.

Mətbuat katibi bu mürəkkəb vəziyyətin xüsusi diqqət tələb etdiyini qeyd edib.

Onun sözlərinə görə, iki ölkənin liderləri həmçinin Slovakiyanın əvvəlki hakimiyyətinin hərəkətləri nəticəsində ciddi zərər çəkmiş ikitərəfli münasibətlər barədə danışmağa və Ukrayna məsələləri ilə bağlı fikir mübadiləsi aparmağa nail olublar.

Orphus sistemi